Bir kəndin sergüzəşti (əsər)
Bir kəndin sergüzəşti — Nəriman Nərimanovun nəsr yaradıcılığı zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. "Bir kəndin sərgüzəşti" hekayəsi, "Bahadır və Sona" romanı, "Pir" povesti vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır.
== Məzmunu ==
Nəriman Nərimanov "Bir kəndin sərgüzəştləri" hekayəsini ilk dəfə 1915-ci ilin oktyabr ayında "Açıq söz" qəzetində çap etdirmişdir. Nəriman Nərimanov hekayədə Azərbaycan zəhmətkeş kütlələrinin həyatı, məişəti və mübarizəsi barədə müəyyən təsəvvür yaratmışdır. Hekayə orjinal süjet əsasında qurulmuşdur. Hekayənin əsas ideyası avamlığın və fanatizmin törətdiyi fəlakətlərdir. Əsər Qafqazın böyük kəndlərindən birinin mənzərəsinin təsviri ilə başlayır. Hadisələr Naməlsəm və İnmirə məhəlləsində cərəyan edir. Hekayənin əsas mənası bundan ibarətdir ki, "hansı xalq öz ixtiyarını və taleyini özgəyə tapşırmışsa, şərəfini və hüququnu öz gücü və birliyi ilə müdafiə edirsə, o xalq yaşamağa qadirdir".